Bir neçə saatda 100 milyon insan öləcək, bu ölkə yer üzündən silinəcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Yaponiya tədqiqatçıları ölkənin cənubunda sualtı
supervulkanda maqmanın nəhəng kütləsini aşkar ediblər.

Publika.az xəbər verir ki, bu haqda “The
Independent” nəşri bildirib.

Alimlərin sözlərinə görə, faciəli nəticələrin olacağı
püskürmənin baş vermə ehtimalı mövcuddur. Bu vulkanın 7,3 min il
əvvəl püskürərək Kyuşu adasında sivilizasiyasının məhvinə səbəb
olduğu bildirilir. Məlumata görə, vulkan 41 kub/kilometr maqmaya
sahibdir.

Alimlər bildirirlər ki, ən yaxın yüz ildə supervulkanın püskürmə
ehtimalı bir faiz təşkil edir, ancaq bu halda 100 milyona (Yaponiya
əhalisi 125 milyondur –red.) qədər insan həlak ola bilər. Bu isə
bir neçə saatda baş verəcək. Ehtimal edilən püskürmə Çin, Cənubi və
Şimali Amerika sahillərinə çatacaq sunaminin baş verməsinə səbəb
ola, vulkanın külü isə Yaponiyanın bəzi ərazilərində “vulkanik qış”
yarada bilər.

Tədqiqatçılar sualtı strukturun daha dəqiq öyrənilməsi üçün
sualtı robotlardan istifadə etməyi planlaşdırırlar. Vulkanoloqlar
maqmanın toplanmasının sürətini müəyyən etməyə, həmçinin
supervulkanın baş verməsi səbəbini aydınlaşdırmağa
hazırlaşırlar.

Qeyd edək ki, 2017-ci ildə Londondakı Universitet Kolleci və
Vezuvi Rəsədxanasından olan geoloqlar Fleqreyski ərazisində ehtimal
edilən supervulkan haqqında xəbərdarlıq ediblər. Neapol (İtaliya)
yaxınlığında yerləşən vulkanik kaldera növbəti bir neçə onillik
ərzində baş verə bilər.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp