“Azərxalça”ya 2 milyon manat ayrıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev fevralın 15-də “Naxçıvan
şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və
infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında”
Sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəcamda deyilir
ki, Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi,
avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması
məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət
büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)
üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində
göstərilmiş məbləğin 2 milyon manatı “Azərxalça” Açıq Səhmdar
Cəmiyyətinə ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp