“Azərbaycanda seçki prosesi daha da müasirləşir”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Azərbaycanda seçki prosesi getdikcə daha da
müasirləşir”.

Bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev dairə
seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə
deyib.

F.Abdullayev bildirib ki, bu gün dünyada çox mürəkkəb proseslər
baş verir və bu proseslər əlbəttə ki, seçkiyə də sirayət edir:

“Bu gün Azərbaycanda biz hər birimiz Azərbaycan vətəndaşı kimi
bilirik ki, uzun illər bu proses stabillik şəraitində uğurla
keçirilir. Hesab edirəm ki, qarşıdan gələn seçkilər də stabillik
şəraitində şəffaflıqla və uğurla reallaşacaq”.

Məhkəmə sədri vurğulayıb ki, Azərbaycanda seçicilərin öz
hüquqlarından istifadə etməsi üçün tam şərait yaradılıb:

“Müqayisə aparsaq görərik ki, bu gün dünyada seçicilərin
hüququndan istifadə etməsi ilə bağlı problemlər mövcuddur. Misal
üçün, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra
qərarlarında aktiv seçki hüququnun məhdudlaşdırılması, xüsusilə
məhkumların hüquqlarının məhdudlaşdırılması ilə bağlı qərarlar
qəbul edilib, bir sıra Avropa ölkələrində də bu məhdudiyyət var.
Ancaq Azərbaycanda belə məhdudiyyət yoxdur və əlbəttə ki, bu, çox
mütərəqqi bir addımdır. Azərbaycanda əhalinin bütün elektoratı, o
cümlədən, azadlıqdan məhrum edilən şəxslər də seçkilərdə iştirak
edəcək”. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp