Azərbaycanda oğlanlarla qızlar arasında nisbət pozulub



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ötən il Azərbaycan əhalisinin sayı 88 104 nəfər və ya
0,9 faiz artaraq 2018-ci il yanvarın 1-nə 9 898 085 nəfərə
çatıb.

Publika.az xəbər verir ki, bu barədə Dövlət
Statistika Komitəsinin illik hesabatında bildirilib.

Məlumata görə, əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1
faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə
qadınların payına düşür.

2018-ci il yanvarın 1-nə ölkə əhalisinin 4,6 faizi Naxçıvan
Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran,
12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər
iqtisadi rayonlarında yaşayıb.

Keçən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri
tərəfindən 144041 nəfər və ya hər gün orta hesabla 395, saatda isə
16 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000
nəfərinə 14,8 təşkil edib.

Doğulan körpələrin 2586-sı əkiz, 57-si üçəm olub. Yeni doğulan
körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək
hər 100 doğulan qıza 114 oğlan düşüb (bioloji norma 105-107 təşkil
edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins
strukturuna da təsir göstərib və hər 1000 kişiyə 1004 qadın
düşüb.

Ötən il ölkədə 57109 ölüm halı qeydə alınıb və əhalinin hər 1000
nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp