Azərbaycan üçün Həcc kvotası 600-dən 2000-ə qaldırıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu il Azərbaycandan Həcc ziyarəti ilə bağlı Qafqaz
Müsəlmanları İdarəsi (QMİ) ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc
Nazirliyi arasında müqavilə yenilənib.

Müqavilədə bu il Azərbaycandan Həcc ziyarəti üçün nəzərdə
tutulan zəvvar kvotası 600-dən 2000-ə qaldırılıb.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu bu
həftənin əvvəlində başlayıb.

Artıq 100-dən çox zəvvar səfər üçün QMİ-də qeydiyyatdan
keçib.

Ziyarətin qiyməti 4150 ABŞ dollarıdır.

Ziyarəti Azərbaycandan yalnız QMİ təşkil edir. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp