Axtarışda olan 43 nəfər tutuldu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən
gün ərzində 109 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti
izlər”lə açılıb.

Publika.az xəbər verir ki, axtarışda olduğuna görə 43 nəfər
saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bildirilir ki, respublikanın avtomobil yollarında 4
yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər
xəsarət alıb.

Həmçinin daxili işlər orqanları əməkdaşlarının həyata
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə
əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən
edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp