Amerika ilə bağlı DƏHŞƏTLİ PROQNOZ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Amerika Kolorado Universitetinin iqlim mütəxəssisləri
əsrin sonunda okean sularının səviyyəsinin 65 sm yüksələcəyini
açıqlayıb.

Publika.az xəbər verir ki, elm adamları
hava-nəzarət bilgilərinə əsaslanaraq istehsal olunan dinamik
modellər sayəsində dəniz səviyyəsinin 2,9 mm artdığını təsbit
edib.

Nəticələri “Proceedings of the National Academy of Sciences”
(Milli Elmlər Akademiyasının tədqiqatları) jurnalında dərc edilən
araşdırmada suların artma sürətinin son 25 ildə 0.084 mm olduğu
bildirilib.

Okean sularının sürətli şəkildə artması qorxunc fəlakətlərə yol
açacaq. Belə ki, Filippin adasında yerləşən “Pinatubo” vulkanının
püskürməsi və Sakit okeanın ekvatorial hissəsindəki litosfer
qatlarının dalğa forması alması sözügedən prosesə ciddi təsir
göstərəcək. Elm adamlarının təxminlərinə görə, bu üç hadisənin
sürətlənməsi bəzi sahil şəhərlərinin və kiçik adaların yerlə-yeksan
olmasına səbəb olacaq.

Bu ərazilərə Floridanınn cənubu, Banqladeş, Şanxay və
Vaşinqtonun bir hissəsi aiddir.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp