Ali təhsil müəssisələrinə tələbə qəbulu QAYDALARI DƏYİŞDİ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər
edib.

“Report” xəbər verir ki, qərar Baş nazir Artur Rasi-zadə
tərəfindən imzalanıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən edilən
dəyişikliklərə görə, Azərbaycan Respublikasında tam orta təhsil
səviyyəsini cari ildə bitirən abituriyentlər ali təhsil
müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün
Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni
doldurmalı və özləri təsdiq etməlidirlər. Əvvəlki illərin məzunları
isə DİM-in rəsmi internet saytında “Abituriyentin elektron
ərizəsi”ni dolduraraq təsdiq edilməsi üçün aşağıdakı sənədlərlə
birlikdə Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına
(bundan sonra – SQK) şəxsən təqdim etməlidirlər.

Qaydaların ümumi müddəalarının 2.1.2-ci yarımbəndində “tam orta
təhsil haqqında sənədin əslini təqdim etməyən abituriyentlər”
sözləri “orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini
təqdim edən abituriyentlər, həmçinin” sözləri ilə əvəz edilib.

Bundan əlavə, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb
edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron
ərizələrini rəsmiləşdirdikdən sonra DİM tərəfindən
mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (V ixtisas qrupunda cari
ilin abituriyentləri buraxılış) imtahanında iştirak edəcəklər.
İmtahanda topladıqları ümumi balları müsabiqə şərtlərinə uyğun olan
abituriyentlər Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi
qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə
qeydiyyatdan keçəcəklər. Qeydiyyatdan keçmiş abituriyentlər müəyyən
edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edəcəklər.
Müvafiq ixtisaslar üzrə müsabiqə və qabiliyyət imtahanlarının
keçirilməsi şərtləri ali təhsil müəssisələrinin təklifləri əsasında
Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə
razılaşdırılmaqla müəyyən ediləcək. Qabiliyyət imtahanının nəticəsi
balla, habelə “məqbul” və ya “qeyriməqbul”la
qiymətləndiriləcək.

Eyni zamanda, qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz
və yay sessiyaları şəklində keçiriləcək. Abituriyent hər sessiyada
istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər.
I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı
olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak
edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp