Aktrisa Trampla keçirdiyi o gecədən danışacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Amerikalı porno ulduz Stormi Daniels ABŞ prezidenti
Donald Trampla olan münasibətlərini çılpaqlığı ilə ictimaiyyətə
açıqlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə
aktrisanın meneceri Gina Rodrigez bildirib.

O, qeyd edib ki, Trampın vəkili Maykl Kohenin Stormiyə susması
üçün 130 min dollar ödədiyinə dair açıqlaması aktrisanı
qəzəbləndirib: “Gizlilik sövdələşməsini Tramp tərəf pozub. İndi
Stormi Daniels hər şeyi danışmaqda sərbəstdir və Trampla olan
hekayəsini anladacaq”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın porno ulduz Stormi
Danielsə 130 min dollar pul təklif etdiyini vəkili Maykl Kohen
etiraf edib.

“The Wall Street” jurnalı yazır ki, Tramp və Stormi 2006-cı ildə
Leyk Tahoe şəhərində keçirilən qolf turnirində tanış olublar və o
ərəfələrdə ikili arasında yaxın münasibət yaşanıb.

2016-cı ildə Tramp ABŞ prezidenti seçiləndən sonra Stormi
Danielsin danışmaması üçün ona 130 min dollar pul ödəyib. Xəbərdə
qeyd olunub ki, Trampın vəkili Maykl Kohen 2016-cı ilin oktyabrında
Stormi ili bir araya gəlib və ona pulu verib.

Qeyd edək ki, başqa bir porno ulduz Cesika Dreyk də prezident
Trampın uzun illər əvvəl ona təcavüz elədiyini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp