Agentliyə yeni sədr müavini TƏYİNATI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rüfət Bünyat oğlu Rüstəmzadəni Azərbaycan Qida
Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin
edilib.

Agentlikdən verilən məlumata görə, Prezident İlham Əliyev
bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, R.Rüstəmzadə 1975-ci ildə Bakı şəhərində anadan
olub. Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb.
Əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. O, 1996-2002-ci illərdə
illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya
Bankının İnstitusional Quruculuğa Birinci Texniki Yardım
Layihəsinin işçi qrupunda müxtəlif vəzifələrdə çalışıb.
2002-2007-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti
yanında Dünya Bankının İnstitusional Quruculuğa İkinci Texniki
Yardım Layihəsinin işçi qrupunun direktoru olub.

2007-2010-cu illərdə “Caspian Biznes Consaltinq” MMC-nin
idarəedici tərəfdaşı, 2010-2013-cü illərdə isə Liviya – Azərbaycan
QSC-nin İdarə Heyətinin sədri kimi əmək fəaliyyətini davam etdirib.
2014-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini və Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Strateji planlaşdırma və
beynəlxalq layihələr şöbəsinin müdiri vəzifələrində çalışıb. Rüfət
Rüstəmzadə daha sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin
İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində
işləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp