ADU-dan ilk: Tələbələr qaçqın məktəblərinə göndəriləcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan Dillər Universitetində (ADU) 2017-2018-ci
tədris ilində bakalavr ali təhsil pilləsində təhsillərini başa
vuran tələbələrin pedaqoji və istehsalat təcrübəsinə həsr olunan
konfrans keçirilib.

Publika.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən ADU-nun
rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla
tələbələrin ilk dəfə olaraq ölkəmizin müxtəlif rayonlarında
yerləşən məcburi köçkün məktəblərində pedaqoji təcrübə
keçəcəklərini diqqətə çatdırıb və bu işin həm universitet, həm də
məktəblər üçün öz bəhrəsini verəcəyini vurğulayıb.

Rektor rayonlarda tələbə və metodistlərin normal yaşayışı üçün
lazım olan hər cür şəraitin yaradılacağını və onların ezamiyyət
xərclərinin universitet tərəfindən ödəniləcəyini deyib.

ADU-nun Təcrübə, professional inkişaf və karyera şöbəsinin
müdiri, universitet üzrə pedaqoji təcrübənin rəhbəri Məmməd
İsmayılov 2018-ci ilin fevral ayının 16-dan başlayan pedaqoji
təcrübənin əyani şöbədə 14 həftə, qiyabi şöbədə isə 5 həftə davam
edəcəyini bildirib.

Qeyd edək ki, ADU-nun qaçqın və məcburi köçkünlərə dövlət
qayğısına öz töhfəsini vermək üçün könüllü şəkildə həyata keçirdiyi
bu layihə genişmiqyaslı xarakter daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp