ABŞ-ı dünyaya rəzil edən FOTOLAR
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Yaxın Şərq turu çərçivəsində Livana səfər edən ABŞ-ın
dövlət katibi Reks Tillerson biabırçı vəziyyətə
salınıb.
Publika.az xarici mediaya istinadən xəbər verir
ki, dövlət katibi Livan prezidenti Mişel Aunla görüş öncəsi salonda
dəqiqələrlə tək oturaraq prezidenti gözləməyə məcbur edilib.
Tillersonun oturduğu kreslo isə diqqətlərdən qaçmadı.
Görüntülərdə Tillersonun oturduğu kreslonun daha alçaq olduğu,
qarşısına su qoyulmadığı və salonda ABŞ bayrağının olmadığı
görünür.
Tillersonun özü isə Livan prezident sarayının ziyarətçi
kitabında “İsti qarşılanma və faydalı danışıqlar üçün təşəkkür
edirik. Amerika Birləşmiş Ştatları azad və demokratik Livanın
yanındadır” yazıb.
Ömər