ABŞ-dan Türkiyəyə skandal TƏKLİF – Müdafiə naziri AÇIQLADI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyənin müdafiə naziri Nurəddin Canikli ABŞ-ın
Müdafiə naziri Ceyms Mettislə Brüsseldə keçirdiyi görüşdən sonra
amerikalı həmkarıın skandal təklifi barədə danışıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər
verir ki, türkiyəli nazirin sözlərinə görə, Pentaqon rəhbəri YPG-ni
PKK terror təşkilatına qarşı döyüşdürə biləcəklərini deyib.

“ABŞ-ın terror təşkilatları ilə deyil, müttəfiqi Türkiyə ilə
birgə çalışmalı olduğu fikrini yenidən vurğuladıq. YPG və PKK
arasındakı bağlılığı göstərən bütün məlumat və sənədləri yenidən
paylaşdıq. Mettis YPG-ni PKK-dan ayıra biləcəklərini, hətta PKK-ya
qarşı döyüşdürə biləcəklərini söyləyib. Biz də YPG və PYD-nin heç
bir zaman PKK-dan ayırmağın mümkün olmadığını bildirdik. ABŞ-ın
yanaşmasına görə, PYD və YPG-ni PKK-dan ayırsalar, bizim üçün
təhlükə olmaqdan çıxacaq. Eyni zamanda, PYD və YPG-nin “Suriya
Demokratik Gücləri”nin tərkibindən tamamilə təmizlənməli olduğunu
ifadə etdik”, – Nurəddin Canikli vurğulayıb.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp