ABŞ-dan Ermənistana rus silahları ilə bağlı SƏRT XƏBƏRDARLIQ: Qarabağda…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ Ermənistana Rusiyadan silah almamaq haqda
xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə “Aykakan Jamanak”
qəzetinə ABŞ-ın İrəvandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, Vaşinqton İrəvana bu məsələ ilə bağlı xəbərdarlıq
məktubu ünvanlayıb.

Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, bu, Ermənistan üçün
sanksiya təhlükəsini gündəmə gətirir: “Rusiya ilə hərbi sahədə
əməkdaşlığın məhdudlaşdırılması bizim ölkəmiz üçün əlavə risklər
yaradır, çünki Ermənistanın hərbi-texniki əməkdaşlığı yumşaq desək,
diversifikasiya edilməyib. Lakin Azərbaycanda vəziyyət fərqlidir.
Çünki Bakı silahı təkcə Rusiyadan yox, müxtəlif ölkələrdən də alır.
Bu baxımdan, ABŞ-ın sanksiyalarının Azərbaycana təsiri az olacaq.
Nəticə etibarilə, Azərbaycan ordusu güc itirməyəcək, Ermənistan
ordusu isə təchizatda ciddi itkilərlə üzləşəcək. Bu da Dağlıq
Qarabağ cəbhəsində Azərbaycanın üstünlüyünü daha da artıracaq”.

Erməni şərhçi qızışan ABŞ-Rusiya qarşıdurmasının Ermənistan üçün
ağır nəticələrə səbəb ola biləcəyini qeyd edir.

Asif

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp