1145 nəfərin ölkədən çıxışına icazə verilmədi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2018-ci ilin
yanvar ayı ərzində dövlət sərhədini pozduqlarına görə 45 nəfər
saxlanılıb.

Publika.az DSX-nın saytına istinadən xəbər
verir ki, onlardan 12 nəfər Azərbaycan Respublikası, 13 nəfər
Özbəkistan, 6 nəfər Gürcüstan, 3 nəfər Pakistan, 2 nəfər İran İslam
Respublikası, 2 nəfər Mərakeş, 1 nəfər Rusiya, 1 nəfər Tacikistan,
1 nəfər Konqo, 1 nəfər İraq, 1 nəfər İordaniya, 1 nəfəri Şri-Lanka,
1 nəfər isə Türkiyə vətəndaşı olub.

Sərhəd rejim pozucusu qismində 29 nəfər saxlanılaraq barələrində
müvafiq tədbirlər görülüb.

Dövlət sərhədindən keçid məntəqələrində rejim qaydalarını
pozduqlarına, o cümlədən ölkədən çıxışı qadağan olunduğuna görə
1145, ölkəyə girişi qadağan olunduğuna görə 93, vizası olmadığına
görə 202, vizasının və pasportunun müddəti bitdiyinə görə 130,
müvafiq sənədi olmadığına görə 64, ölkədə müddətdən artıq qaldığına
görə 90, etibarnaməsi olmadığına görə 142 nəfər dövlət sərhədindən
buraxılmayıb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan
Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 375
nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni
dövriy­yəsinə qarşı mübarizə tədbirləri nəticəsində 17 kq 913 qram
narkotik maddə, 2 269 ədəd psixotrop dərman aşkar edilərək
götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata
keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 1 milyon 246
min 309 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd pnevmatik
tüfəng, 3 ədəd 9 mm patron, 4 ədəd qayıq, 1 ədəd gecə görmə cihazı,
2000 İİR rialı, 30,5 milyon Ru­si­ya rublu, 6628 qutu pirotexniki
vasitə, 5990 qutu siqaret, 197 ədəd mobil te­lefonun dövlət
sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp