Ən nazik noutbuklar satışa çıxarıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dünyada ilk dəfə olaraq ən nazik noutbuk
hazırlanıb.

Publika.az xəbər verir ki, məşhur “Asus”
şirkəti diskret qrafika ilə təchiz edilmiş dünyada ilk olan ən
nazik noutbukların satışına start verir. Sözügedən noutbuk modeli
“ZenBook 13” (“UX331”) adlanır və “IPS” matrisli 1920×1080 piksel
təsvir ölçülü, 13,3 düyümlük sensor ekranla təchiz olunub.
Noutbukların qalınlığı 14 mm, çəkisi isə 1,12 kq-dır.

Həmçinin “Asus” şirkətinin yeni məhsulu hazırda texnologiya
bazarında ən yaxşı oyun ultrabuku kimi də liderliyini qoruyub
saxlayır. Onun 2 QB-lıq yaddaşa malik “Nvidia GeForce MX150”
videokartı hələ ki, rəqib tanımır. Həmçinin aparat dördnüvəli
“Intel Core i5” prosessoru, 8 QB-lıq əməli yaddaş (LPDDR3), 256 QB
tutumunda “SSD” daşıyıcı, 3 ədəd “USB 3.0” portu, təsvirin kənar
ekranda göstərilməsi üçün “HDMI 2.0” interfeysi, “microSD” slotu və
iki diapazonlu “802.11ac Wi-Fi” ilə təchiz edilib.

“ZenBook 13” noutbuku “Windows 10” əməliyyat sisteminin “Home”
versiyasının nəzarəti altında çalışır. Noutbukun akkumulyator
batareyası qurğunun təxminən 14 saata qədər dayanmadan avtonom
işləməsinə imkan yaradır. Noutbukun enerji toplaması da sürətlidir.
Belə ki, o 50 dəqiqə ərzində 60 faizə qədər enerji toplayır.

Noutbukun satış qiyməti yaxın zamanda bəlli olacaq.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp