Türkiyəyə ilə Rusiya RAZILAŞDI – S-400 raketləri….



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rusiya ilə Türkiyənin 2020-ci ildə S-400-lə bağlı ikinci
bir razılaşma imzalayacığı bildirilir.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın
diplomatik mənbələrindən məlumat verilib.

Xəbərə görə, Rusiya 2020-ci ildə, yəni ötən il satılan S-400
batareyalarını Türkiyəyə təslim etdikdən sonra tərəflər arasında
ikinci bir müqavilə imzalanacaq. Xəbərin qaynağı ikinci razılaşma
əsasında satılan batareyaların 2021-ci ildə Türkiyəyə
çatdırılacağının razılaşdırıldığını da vurğulayıb.

Türkiyə şirkətləri ikinci S-400 razışlamasından sonra bu müdafiə
sisteminin bəzi detallarının istehsal lisenziyasını da əldə
edəcək.

Qeyd edək ki, dünya miqyasında istifadə edilən havadan müdafiə
sistemlərinin ən etibarlısı sayılan S-400-lər pilotlu və pilotsuz
hər növ təyyarə ilə yanaşı, həm adi, həm də ballistik raketləri
məhv edə bilir. Bu sistem bir hədəfə iki raket yönəltməklə, eyni
zamanda 80 hədəfi nişan ala bilir.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp