Ərdoğanın “Osmanlı şilləsi” Ermənistanı QORXUYA SALDI: Ankara Bakıya…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan dünən ABŞ-ın
PYD-yə dəstəyini sərt tənqid edərək, buna qarşı mübarizə
aparacaqlarını açqladı. Ardınca qeyd etdi ki, “bizə deyirlər ki,
“bizi vursanız, sərt cavab verəcəyik”. Bunu deyənlər görünür, heç
vaxt “Osmanlı şilləsi” yeməyiblər”.

Publika.az xəbər verir ki, Ərdoğanın ABŞ-a verdiyi
“Osmanlı şilləsi” mesajı Ermənistanda da narahatlığa səbəb
olub.

Erməni siyasi şərhçi Naira Ayrumyan Türkiyənin getdikcə
gücləndiyini və Ermənistan üçün də təhlükəyə çevrildiyini
yazıb.

“Türkiyə artıq dünyanı “Osmanlı şilləsi” ilə hədələyir. Bu, onların
gücləndikləri deməkdir. Təbii ki, güclənən Türkiyə Ermənistan üçün
də təhlükədir, təkcə ona görə yox ki, soyqırımı (qondarma erməni
soyqırımı – red.) məsələsində heç nə edə bilməyəcəyik, həm də
Ankaranın Bakıya bütün şərtlərdə dəstək verməsi bu təhdidləri
artırır”, – deyə o bildirib.

Erməni şərhçi Serj Sarkisyanı “erməni-türk protokolları”nı ləğv
etməyə çağırıb.

Asif

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp