Valideynlər HƏR ŞEYİ ÜZƏ ÇIXARTDI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Son günlər qalmaqallarla gündəmdə olan məktəblərdən biri
də 220 saylı məktəb-liseydir. Məktəbin direktor müavini Zeynəb
Rzayeva ilə yeni direktor əvəzi Tural Mirzəyev arasındakı qalmaqala
artıq ailələr də qarışıb.

Belə ki, bir neçə gün əvvəl aktyor Rza Rzayev bacısı Zeynəb
Rzayevanın vəzifəsinin aşağı salınmasına, məktəbin direktor əvəzi
Tural Mirzəyevin məktəbdəki müəllimlərə davranışına etiraz edərək
məktəbə gedib. Bu zaman onunla T.Mirzəyev arasında direktor
otağında mübahisə yaşanıb. Mübahisənin videogörüntüləri yayılıb və
həmin görüntülər artıq bir neçə gündür ki, medianın, habelə
ictimaiyyətin müzakirə mövzusuna çevrilib. R.Rzayev bacısının
direktor T.Mirzəyevin tapşırığı ilə məktəbdə pul topladığını iddia
edir. O, direktor əvəzi T.Mirzəyevi açıq şəkildə təhqir edir.
Yayılan bu görüntülərə və qalmaqala Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin və məktəbin açıqlaması da gecikmədi. Yayılan məlumatda
tərəflər arasında məsələnin əsas səbəbi belə izah edildi:

“220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayeva
29.01.2018-ci il tarixində direktor tərəfindən dəvət edilərək, ona
təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə
səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik
ediləcəyi bildirilib. Heç bir maaş dəyişikliyi gözlənilmədiyi
halda, Zeynəb Rzayeva bu qərara etiraz edib.

Bundan əlavə, məlum olub ki, direktor müavini Zeynəb Rzayeva
müəllimlərdən pul alındığını qeyd edən siyahı hazırlayıb və
sonradan həmin siyahıya başlıq əlavə edərək mətbuata verib. Bu
məsələnin də araşdırılması ilə bağlı müvafiq qaydada müraciət
olunub”.

Hər iki tərəfin mediaya yetərincə açıqlama verdiyini nəzərə
alaraq üçüncü tərəfin – valideyn və şagirdlərin dilindən real
vəziyyəti öyrənməyə çalışdıq. Bunun üçün isə təhsil ocağının
qarşısında, amma məktəb hasarlarından içəri keçmədən onların
fikrini öyrəndik. Düzdür, bəzi qadın valideynlər həyat
yoldaşlarının razılığını almadıqlarından kameraya danışmaqdan
imtina etdi, lakin bir cümlə ilə Tural Rzayevdən razı olduqlarını
dedilər. Bəziləri isə ümumiyyətlə, danışmaq istəmədi. Lakin istər
kamera qarşısında, istərsə də kamera olmadan danışanlar hamısı
T.Rzayevdən narazılıqlarının olmadığını dedilər.

Məktəbin 10-cu sinif şagirdi Fidan Qəhrəmanlı da çəkiliş olmasa
da, sadəcə səsinin yazılması şərti ilə danışdı. Tural Mirzəyevin
məktəbə direktor əvəzi təyin ediləndən sonra müsbət dəyişikliyin
hiss olunduğunu dedi:

“Artıq məktəbdə ciddi nizam-intizam var. Yaşanan bu hadisələrdə
Tural müəllimdə heç bir günah görmürəm. Bu da məni və digər
şagirdləri narahat edir. Tural müəllim məktəbə gələndən heç bir
neqativ hal yaşanmayıb, hətta əksinə əvvəl olan problemlər aradan
qaldırılıb. Təktərəfli də deyiləm, heç kimin də tərəfini tutmuram.
Ancaq bu söz-söhbətlərdən məktəbin adı ciddi şəkildə korlandı”.

Gülxar Şərif,

Foto/video: Səfiyar Məcnun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir