Gəncədə 11-ci sinif şagirdini qətlə yetirən şəxs saxlanıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Gəncədə 17 yaşlı oğlanı qətlə yetirən şəxs
saxlanılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat tədbirləri nəticəsində məlum olub ki, şəhər sakini,
2001-ci il təvəllüdlü Bağırov Elnur Həsən oğlunu onun həmyaşıdı,
2001-ci il təvəllüdlü Tağıyev Tural İsmayıl oğlu qətlə yetirib.

Cinayəti törədən şəxs saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb,
araşdırma aparılır. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp