Portuqaliya Avropa çempionu oldu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatına
yekun vurulub.

Qol.az-ın məlumatına görə, Lyublyanada keçirilən həlledici
qarşılaşmada Portuqaliya və İspaniya milliləri üz-üzə gəlib.
Görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtın sonuncu
dəqiqəsində daha bir qol vuran Portuqaliya millisi 3:2 hesablı
qələbə qazanmaqla tarixində ilk dəfə Avropa çempionu olub.

Buna qədər yalnız İspaniya (7 dəfə), İtaliya (2) və Rusiya (1)
milliləri qitənin ən güclüsü adını qazanmışdılar.

Qitə birinciliyinin bürünc medallarına isə Rusiya yığması sahib
çıxıb. Ruslar təsəlliverici finalda Qazaxıstandan üstün olublar –
1:0.

Xatırladaq ki, Azərbaycan millisi Avropa çempionatında mübarizəni
1/4 finalda dayandırıb. Yığmamız Portuqaliyaya 1:8 hesabı ilə
uduzmaqla qitə birinciliyi ilə vidalaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir