Connect with us

Şou-Biznes

Xalq artisti həyatının ən böyük səhvini ETİRAF ETDİ: “21 yaşımda… ”

Published

on

Spread the love

Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Xalq artisti Firəngiz Mütəllimova Publika.az-ın “Üç
nöqtə” layihəsində yarımçıq qalan sualları
cavablandırıb.

İndiki ağlım olsaydı…

– Elə bir ciddi səhvə yol verməmişəm, amma indiki ağlım olsaydı,
valideynlərimin sözlərinə qulaq asardım, 21, 22 yaşımda ailə
qurardım.

Dünyanı dəyişmək imkanım olsaydı…

– Hazırda məni ən çox dünyada baş verən iqtisadi böhran,
devalivasiya və dolların qalxıb-enməsi narahat edir. İmkanım
olsaydı, bu dəyişikliklərin qarşısını alardım, stabil
saxlayardım.

Kişilər o qadınlara xəyanət etmir ki…

– Hissiyatı güclü olan və xəyanəti sevməyən xanımları kişilər
aldada bilmir. Çünki onları itirməkdən qorxurlar.

Seviləsi qadın olmağın ilkin şərti…

– Ağıllı olmaq lazımdır, eyni zamanda gözəl yemək bişirməyi
bacarmalı və gülərüz olmalısan.

Qadınlar göz yaşını ona görə gizlədir
ki…

– Qürurlu olduqları üçün zəif cəhətlərini göstərmək
istəmirlər.

Qadına qarşı şiddət…

– Belə xəbərlər eşidəndə çox pis oluram. Allah qadını elə zərif
yaradıb ki, ona qarşı şiddət cinayətdir.

Təəssüf edirəm ki…

– Şuşanın və Qarabağın olmamağına təssüf edirəm. Ata-baba
yurdumu ancaq yuxularda görürəm, orada keçirdiyim günlər tez-tez
xəyallarımda canlanır.

Vanqa nənə ilə görüşsəydim…

– Vanqa yaşamır, görüşsəydim də, heç nə soruşmazdım, ancaq
Allaha inanıram.

Küsülü olduğum insana demək istəyirəm ki…

Küsülü olduğum insan yoxdur.

Tənhalıq insan üçün lənətdir, yoxsa…

– Lənət deyil, Allah hərəyə bir həyat yazıb, yazılan ömrü də
yaşamalıyıq. Bu yazını heç kim poza bilməz. Təklikdən qorxmuram,
əksinə rahat oluram.

Kiminsə yalan danışdığını hiss edəndə…

– Baxıb gülümsəyirəm, ürəyimdə “Mənə də yox da” deyirəm.

Allah insanları ona görə qeyri-bərabər yaradıb
ki…

– Hər kəs eyni olsaydı, həyat maraqsız olardı.

Bəşəriyyətin gələcəyi haqqında
fikirləşəndə…

Ümid edirəm.

Günahlarım yadıma düşəndə…

– Böyük günah sahibi olmamşam, kiçik günahlarım olub. Hər axşam
Allaha dua edirəm ki, mənim və ailə üzvlərimin günahlarını
bağışlasın.

Dostlarıma ən çox onu məsləhət görürəm
ki…

– Qənaətcil olsunlar, özüm bədxərcəm, ən çox geyimə pul
xərcləyirəm. Təəssüf ki, bu xasiyyətimi düzəldə bilmirəm.

İlahi ədalətə inancımı o zaman itirdim
ki…

– Yox.

Heç vaxt heç kimə icazə vermirəm ki…

– Mənə yalan danışsınlar.

O zaman düşünmədən riskə gedirəm ki…

– Ümumiyyətlə, riskə getməyə sevirəm. Başqa çıxış yolum
qalmayanda riskli addımlar atıram. Beyin əməliyyatı həyati təhlükə
deməkdir, yaddaşımı itirə, hətta iflic ola bilərdim. Mən yenə də
gülə-gülə əməliyyata girdim, nələrə qol çəkdim getdim… Şükürlər
olsun ki, bu risk uğurla nəticələndi.

Hər dəfə çıxılmaz vəziyyətə düşəndə…

– Qoç bürcüyəm, ağlım yaxşı işləyir. Belə situasiyalarda ağlımı
işlədirəm.

Yaxşı gündə, pis gündə…

– Ailəm yanımda olsun.

Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik.
Fikirlərinizi öyrənmək maraqlı idi.

– Minnətdaram.

Aytən,

Foto: Səfiyar Məcnun

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Şou-Biznes

Bir gündə 6 dəst paltar dəyişən ulduzun ŞIQ OBRAZLARI

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Cennifer Lopes bir neçə geyim dəstləri ilə
modapərəstlərə əsl dəb şousu göstərib.

Publika.az xarici mətbuata istinadən xəbər
verir ki, dünya ulduzunun baş rolda çəkildiyi “Yenidən başla” filmi
işıq üzü görüb. Bu münasibətlə Cey Lonun iştirakı ilə təqdimat
mərasimləri və mətbuat konfranslarına start verilib.

İfaçı ötən sutka ərzində altı yeni obrazıyla pərəstişkarlarını
sevindirib. Əlbəttə ki, onun ən effektli çıxışı “Giambattista
Valli” moda evindən olan parlaq və həcmli çəhrayı paltarı olub.
Ulduzun uzun şleyfini çəkmək fotoqraflar üçün asan olmayıb. Axı
paltarı bu kadra yerləşdirmək üçün çalışmaq lazımdır.

Qeyd edək ki, ulduzu qala gecəsində 43 yaşlı sevgilisi Aleks
Rodriges müşayiət edib və şleyfin öhdəsindən gəlməyə kömək edib.
Qala gecəsindən əvvəl jurnalistlərə açıqlama verən müğənni bildirib
ki, Rodrigezlə çəkildiyi yataq səhnələrini müzakirə etmir.
Sevgilisi müğənninin işini anlayışla qarşılayır və lazımsız
qısqanclıq nümayiş etdirmir.

“Əlbəttə ki, Maylo Ventimillə intim səhnələrimiz haqqında Aleksə
xəbər verdim. O, “Yaxşı, əzizim” cavabnı verdi” , – deyə Cennifer
etiraf edib.

Bir gündə 5 dəst paltar dəyişən ulduzun eleqant çıxışları təqdim
edirik.

Continue Reading

Şou-Biznes

“İlk dəfə yubkanı mən qaldırmışam” – VİDEO

Published

on

By

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“4 qat Azərbaycan çempionuyam, birbaşa mərkəzdən
vururam”.

Publika.az xəbər verir ki, bu sözləri
“Səhər-Səhər” verlişinə müsahibə verən Elit Star Cəmilə deyib.
Sözügedən verilişdə “Plastik əməliyyatın qurbanları” mövzusu
müzakirə olunub.

“İlk dəfə Merlin Manronu mən canlandırmışam. İlk dəfə, 2001-ci
ildə yubkanı mən qaldırmışam. Həqiqətən bədən ölçülərim
90-60-90-dır. Uzaqbaşı indi 62-63 ola bilər. Hər zaman fiquramı
saxlayıram. Həkimlərin birinə gedirəm səhv edir, gedirəm o biri
onun səhvini düzəldir. Öz dodağıma, öz simama qayıtdım. Məni
doğurdan pis etmişdilər” , – deyə Cəmilə etiraf edib.

Eyni zamanda müğənni başqalarının fikrinin onun üçün önəmli
olmadığını deyib:

“Öz fikrim, öz stilim, öz danışığım var. Mən özüm bilərəm nəyi
necə, harada edirəm. 88-90 % bütün qlobusu gəzmişəm. Azərbaycan,
rus, inglis dilini bilirəm. Hələ gəlin mənim səviyəmə çatın, sonra
danışarsız. Kompüter arxasında oturanların bəziləri qozbeldi,
bəziləri o qədər eybəcərdir ki, insan küçədə görsə, qorxar. Oturub
şərh yazırlar… 4 qat Azərbaycan çempionuyam. Qaçış, üzgüçülük, at
çapmaq, dağa dırmanmaq, güllə atmaq. Birbaşa mərkəzdən
vururam…”

Continue Reading

Şou-Biznes

Xalq artisti konserti üçün arıqlayıb bu hala düşdü

Published

on

By

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xalq artisti Aygün Kazımova dekabrın 1-də Bakıda
keçiriləcək “Duy” konserti üçün inanılmaz dərəcədə
arıqlayıb.

Publika.az xəbər verir ki, 47 yaşlı sənətçi
ciddi idman məşqləri və sağlam qidalanma nəticəsində XS ölçüsünə
düşüb. Günlərdir ki, Heydər Əliyev adına İdman və Konsert
Kompleksində məşqlər edən müğənninin 2017-ci ildə çəkilən video
çarxı ilə bu ilki fotosessiyası müqayisə edilib. Hər ikisində qara
bodi geyinən ulduzun görüntülərindən aydın olur ki, o, M ölçüsündən
XS-ə düşə bilib.

Qeyd edək ki, Xalq artistinin konserti üçün səhnə kostyumları
üzərində dünyaca məşhur azərbaycanlı modelyer Rüfət İsmayıl
çalışıb.

Continue Reading

ən çox oxunanlar