Vatsapda daha bir YENİLİK – Görüntülü qrup danışığı

Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Vatsap çox vacib bir yeniliyə imza atmaq
üzrədir.

Publika.az xəbər verir ki, “Android”
istifadəçiləri üçün Vatsapda görüntülü qrup danışığı funksiyası
əlavə olunacaq. Bu funksiya daha “Android” istifadəçilərindən sonra
İOS istifadəçilərinə təqdim olunacaq.

Məlumata görə bu funksiya sahəsində eyni anda 4 nəfər (zəng edən
daxil olmaqla) görüntülü danışa biləcək. Funksiyanın daha sonra
inkişaf etdirilməsi də planlaşdırılır.

Qeyd edək ki, Vatsapda ediləcək digər yenilik Feysbukda olan
stikerlərin və giflərin əlavəsidir.

Ulucay Akif

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir