“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı

Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Sədərək” Ticarət Mərkəzində çalışan taksilərin bazara
girişi bu gündən etibarən 3 manata qaldırılıb.

Bu barədə “Sədərək” TM-də taksi xidməti göstərənlər məlumat
veriblər. Taksi sürücülərinin sözlərinə görə, artıq bazara giriş
edən bütün taksilərdən 3 manat yığmağa başlanıb. Tələb edilən pulu
ödəməyənlərin isə bazara girişinə icazə verilmir.

Sürücülər bildirib ki, onlardan pulu tələb edənlər ticarət
mərkəzinin mühafizəçiləridir:

“Yanlarında mülki geyimdə bir şəxs də var. Göstərişi o verir.
Mühafizəçilər isə pulu tələb edir. Səhər açılandan 3 nəfər şəxs
sürücülərdən pul yığır”.

Taksi sürücülərinin sözlərin görə, qiymət artımına etiraz edən
bütün sürücülər ticarət mərkəzinin qarşısına yığılıb. Pulu
ödəməkdən imtina edən sürücülərə hədə-qorxu gəlir, bəzilərinin
avtomobilindən “taksi” işarəsini zorla alırlar.

Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzində çalışan taksi
sürücülərinin girişi 3 manata qaldırılması xəbərini ilk olaraq
Axar.az saytı yayıb. Məlumat yayıldıqdan sonra TM-dən məlumatın
yalan olduğu bildirilmişdi. (axar)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir