Rusiya İraqa S-400 satır



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rusiya İraqdan “S-400” havadan müdafiə sisteminin
satılmasına dair təklif gözlədiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın
Bağdaddakı səfiri Maksim Maksimov deyib.

Səfir Rusiya mediasına açıqlamasında bildirib ki, İraqdan Rusiya
istehsalı yeni silahlar almaq üçün təkliflər gözləyir: “Buraya
“S-400” havadan müdafiə sistemi də daxildir. İraqdan bununla bağlı
təklif gəldikdə, mütləq dəyərləndirəcəyik”.

O, çıxışında iki ölkə arasındakı hərbi-texniki əməkdaşlıq
çərçivəsində İraqa İŞİD-lə mübarizə üçün çox sayda hərbi texnikanın
göndərilməsini də xatırladıb. “Bu texnikalar arasında Mi-35 və
Mi-28 helikopterləri, Su-25 təyyarələri “Kornet-E” tank əleyhinə
raketlər və hərbi təchizat yer alır”,- Maksimov qeyd edib.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir