Futbol üzrə Dünya Kuboku Azərbaycana gətirildi

Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Futbol üzrə Dünya Kuboku Azərbaycana
gətirilib.

Dünya çempionatının baş mükafatının Bakıya səfəri “Coca-Cola”
şirkətinin uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı
çərçivəsində təşkil olunub. Xüsusi təyyarə ilə gətirilən kuboku
Fransa millisinin heyətində 1998-ci ilin dünya çempionu Kristian
Karambö müşayiət edib. Mükafatı qarşılayanlar arasında AFFA-nın baş
katibi Elxan Məmmədov da olub.

Baş mükafat Heydər Əliyev Beynəlxalq Hava Limanından “Hilton”
otelinə aparılıb. Oteldə təşkil olunacaq mətbuat konfransının
ardından kubok şəhər sakinləri və qonaqlara nümayiş etdirilməsi
üçün “Gənclik Mall” ticarət mərkəzinə aparılacaq. Saat 13:00-dan
19:00-dək futbol azarkeşləri Dünya Kubokunu yaxından görə
biləcəklər. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp