Connect with us

İdman

Futbol üzrə Dünya Çempionatının kuboku BAKIDA

Published

on

Spread the love

Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Xəbər verdiyimiz kimi, FİFA Dünya Çempionatının kuboku
Azərabaycana gətirilib.

Publika.az xəbər verir ki, “Hilton” hoteldə baş
tutan kubokun təqdimat mərasimini “Coca-Cola”nın rəsmisi Elşad
Fərzəliyev açıq elan edib.

Tədbirdə 1998-ci ildə Fransa millisinin heyətində dünya çempionu
olan əfsanəvi futbolçu Kristian Karambö və AFFA-nın baş katibi
Elxan Məmmədov da çıxış edib.

Açılış mərasimindən öncə qonaqları salamlayan
K.Karambö
Bakıda olmaqdan məmnunluğunu bildirib.

“Mən Bakıya gəlməkdən çox məmnunam. Bakı həmişə idman
tədbirlərinin keçirilməsində maraqlı olub və təşəbbüs göstərib.
Qeyd etmək lazımdır ki, Bakı həddən artıq müasir şəhərdir.
Azərbaycandan söz düşümşkən futbolunu da qeyd etmək lazımdır.
Bildirmək istəyirəm ki, milliniz Prosineçkinin rəhbərliyi altında
yaxşı çıxış etdi”.

Daha sonra AFFA-nın baş katibi Elxan Məmmədov
çıxış edərək qonaqları və kuboku salamlayıb:

“Uzun müddətdir tərəfdaşımız olan “Coca-Cola şirkətinə təşəkkür
edirik ki, bu bayramı bizə yaşatdılar. Ümid edirəm ki, gələcəkdə
biz də Dünya Çempionatına ev sahibliyi edək və inşallah, milli
komandamız onu ölkəmizə qazandırsın”.

Mətbuat konfransından sonra Dünya Çempionatının kuboku
jurnalistlərə nümayiş etdirilib. Futbolsevərlərə sərgilənmək üçün
“Gənclik Mall” ticarət mərkəzinə aparılıb.

Zümrüd,

Foto: Səfiyar Məcnun

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İdman

Azərbaycanlı futbolçu “Spartak”da – Uzunmüddətli MÜQAVİLƏ

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Moskva “Spartak”ı azərbaycanlı futbolçu Ayaz Quliyevin
keçidini rəsmiləşdirib.

Publika.az klubun rəsmi “Twitter” səhifəsinə
istinadən xəbər verir ki, Moskva təmsilçisi 23 yaşlı yarımmüdafiəçi
ilə uzunmüddətli müqavilə imzalayıb. Sözləşmənin detalları isə
açıqlanmayıb.

Daha öncə A.Quliyevin Moskva təmsilçisində illik 1.2 milyon
məvacib alacağı və bu keçid üçün “Spartak”ın “Rostov”a 1 milyon
avro təzminat ödəyəcəyi yazılıb.

Qeyd edək ki, A.Quliyev məhz mövsümün əvvəlində yetirməsi olduğu
“Spartak”dan “Rostov”a keçib. O həmçinin 21 yaşadək futbolçulardan
ibarət Rusiya milli komandasının da formasını geyinib. Hazırda onun
Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədir.

Continue Reading

İdman

Messi 5-Cİ DƏFƏ…

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Barselona”nın və Argentina millisinin ulduz futbolçusu
Lionel Messi karyerası ərzində beşinci dəfə “Qızıl Buts”un sahibi
olub.

Publika.az xəbər verir ki, bu barədə klubun
“Tvitter” səhifəsində yazılıb. Argentinalı hücumçu 2017-2018-ci il
mövsümündə ölkə çempionatlarında ən çox qol vuran futbolçuya
verilən mükafata 36 oyunda 34 dəfə fərqləndiyi üçün layiq
görülüb.

Bu nominasiyada ikinci yeri İngiltərənin “Liverpul” klubunun
misirli hücumçusu Məhəmməd Salah tutub. Misirli futbolçu cari
mövsümdə rəqib qapılarına 32 dəfə yol tapıb. Üçüncü yerdə isə
“Tottenhem”im hücumçusu Harri Keyn qərarlaşıb – 30 qol.

Xatırladaq ki, Lionel Messi 2009-2010-cu (34 qol), 2011-2012-ci
(50 qol), 2012-2013-cü (46 qol) və 2016-2017-ci (37 qol) illərdə də
“Qızıl Buts” mükafatına layiq görülüb.

Continue Reading

İdman

“Qarabağ” qrup liderinə qarşı: start heyətləri açıqlandı

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun
vurulacaq.

Publika.az xəbər verir ki, Azərbaycan çempionu
“Qarabağ” avrokubok mövsümündə son oyununu keçirəcək.

E qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri VI
turda İngiltərə “Arsenal”ı ilə üz-üzə gələcək. Qrup birinciliyini
təmin edən London klubu üçün ev oyunu formal xarakter
daşıyacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da
başlayacaq.

Avropa Liqası
Qrup mərhələsi, VI tur
13 dekabr, E qrupu

00:00. “Arsenal” (İngiltərə) – “Qarabağ”
(Azərbaycan)

“Arsenal”: 26. Emiliano Martinez, 4. Mohamed
Elneni, 5. Sokratis Papastopulos, 6. Loran Kosielni, 9. Aleksandr
Lakazet, 10. Mesut Özil, 15. Eynsli Maytland-Nils, 25. Karl
Cenkinson, 49. Eddi Nketia, 59. Co Villok, 87. Bukaya Saka

Ehtiyat oyunçular: 44. Deyan İliyev, 7. Henrix
Mxitaryan, 18. Naço Monreal, 29. Matteo Genduzi, 43. Şarli Jilmor,
47. Zekarya Medle, 72. Tires Con-Cules

Baş məşqçi: Unay Emeri

“Qarabağ”: 13. Vaqner, 2. Qara Qarayev, 5.
Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 11. Mahir Mədətov,
14. Rəşad Sadıqov, 17. Abdellah Zubir, 52. Yakub Jezniçak, 55.
Bədavi Hüseynov, 77. Donald Gerye

Ehtiyat oyunçular: 12. Şahruddin
Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 9. Araz Abdullayev, 10. Dani
Kintana, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

Baş hakim: Yens Qrabski Maae
Baş hakimin köməkçiləri: Lars Hummelqaard, Heyne Sorensen
Dördüncü hakim: Yesper Dal
Əlavə köməkçi hakimlər: Yorqen Dauqbyerq Burhardt, Morten Kroq
(hamısı Danimarka)
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: Stirbyorn Oskarsson (Finlandiya)
London. “Arsenal” stadionu

1 Arsenal 5 4 1 0 11-2 13
2 Sportinq 5 3 1 1 10-3 10
3 Vorskla 5 1 0 4 4-10 3
4 Qarabağ 5 1 0 4 2-12 3
Continue Reading

ən çox oxunanlar