Bitkoin 8 min dollara satılır

Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti
hələ də sabitləşə bilmir.

İndi bitkoinin qiyməti 8 min dollar təşkil edir. Daha dəqiq
desək, “CoinMarketCap” portalının məlumatına əsasən, bitkoin 0,6%
və ya 8,046 min dollaradək ucuzlaşıb.

Alternativ kriptovalyutalar – “Ethereum” 1,4% və ya 800,36
dollaradək ucuzlaşıb, “Ripple” 3,6% (0,78 dollara qədər) bahalaşıb,
“Bitcoin Cash” isə 28,6% (1292,73 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 386,69 milyard
dollar təşkil edir. Bu göstəricinin 35 faizi bitkoinin payına
düşür. (trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir