“Bakcell”in LTE şəbəkəsi artıq Azərbaycanın şimal bölgəsində

Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanının ilk mobil operatoru və aparıcı mobil
internet provayderi Bakcell özünün 4G LTE şəbəkəsini ölkənin şimal
bölgəsində də istifadəyə verib.

Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı ölkənin digər
bölgələrində də yüksək sürətli LTE şəbəkəsinin təmin edilməsinə
yönəlmiş kompleks tədbirlərin davamı olaraq, Bakcell şirkəti
Azərbaycanın şimal bölgəsindəki bir neçə rayon mərkəzində yeni LTE
stansiyaları quraşdırıb. “Bakcell”in 4G xidməti artıq Quba, Qusar
(Şahdağ ərazisi daxil olmaqla), Xaçmaz, Siyəzən (Qalaaltı ərazisi
daxil olmaqla) və Şabran rayonlarının mərkəz hissələrini əhatə
edir. Beləliklə, Bakcell abunəçiləri həmin ərazilərdə ən yüksək
sürətli mobil internet xidmətlərindən yararlanmaq imkanı əldə
ediblər.

“Bizim əsas məqsədlərimizdən biri abunəçilərimizi yüksək sürətli
mobil internet xidmətləri ilə təkcə paytaxtda yox, bütün ölkə
ərazisində təmin etməkdir. Bildiyiniz kimi, 4G şəbəkəmizin Bakı və
Abşeron yarımadasının ərazisinin tam əhatə etməsi üzrə işlər başa
çatdırıldıqdan sonra Gəncə şəhəri və ətrafında yerləşən ərazilərdə
4G stansiyalarının quraşdırılmasına başladıq və bununla
respublikanın bölgələrində LTE şəbəkəmizin işə salınması prosesinə
müvəffəqiyyətlə start verdik. Bu yaxınlarda, yəni 2018-ci ilin
yanvar ayında Bakcell şirkəti böyük məmnuniyyətlə özünün
ultra-sürətli 4G mobil internet xidmətinin Bakı şəhərinin bütün
metro stansiyalarında istifadəyə verilməsini elan etdi. Bu gün isə
biz LTE şəbəkəsini artıq ölkənin şimal bölgəsində istifadəyə
veririk. Bunun sayəsində daha çox Bakcell abunəçisi Azərbaycanda ən
yüksək keyfiyyətli müştəri təcrübəsi və ən sürətli mobil şəbəkədən
yararlana biləcəklər”, deyə “Bakcell”in baş icraçı direktoru
Nikolai Beckers bildirib.

“Bakcell”in 4G xidməti daim mobil olmaq və olduqları bütün
məkanlarda genişzolaqlı internetə yüksək sürətli çıxış əldə etmək
istəyən istifadəçilər üçün nəzərdə tutulub.

Qeyd edək ki, 2017-ci ildə mobil rabitə şəbəkələrinin müqayisəli
testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı
müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən
Bakcell şəbəkəsi Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə
görə ən yaxşı) adına layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp