Corc Buş: “Putin peşəkar taktikaçıdır, o…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Rusiya prezidenti SSRİ-nin dağılmasından narazıdır və
o, sovet hegemonluğunu bərpa etmək istəyir”.

Publika.az “The Independent” nəşrinə istinadən
xəbər verir ki, bu haqda ABŞ-ın keçmiş prezidenti kiçik Corc Buş
Əbu-Dabidə “Milken Institute” elmi-tədqiqat mərkəzinin konfransında
bildirib.

Onun fikrincə, bu səbəbdən, NATO hazırda çox əhəmiyyətli rol
oynayır.

ABŞ-ın keçmiş prezidenti həmçinin Rusiya lideri Vladimir Putin
haqqında fikrini ifadə edib.

“Putin parlaq taktikaçıdır. O, qarşısındakı şəxsin zəifliyini
tanıya və ondan istifadə edə bilir”, – kiçik Corc Buş deyib.

O, Rusiyanın ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə
müdaxilə etdiyini və “tamamilə aydın sübutlar”ın olduğunu qeyd
edib. Kiçik Corc Buş Moskvanın hərəkətlərini “demokratiya üçün
təhlükə” adlandırıb.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp