Bərdədə yol kənarında yeni doğulmuş körpə tapıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bərdə rayonunda yol kənarında yeni doğulmuş körpə
tapılıb.

Yeni doğulmuş körpə rayonun Əmirli kəndi ərazisində yerli
sakinlər tərəfindən aşkar olunub.

Hadisə barədə Təcili Tibbi Yardım Stansiyasına (TTYS) və polisə
məlumat verilib. Körpənin atıldığı yerə gələn TTYS-nın həkimləri
tərəfindən körpə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Xəstəxanadan bildirilib ki, körpə müayinə və müalicə olunmaq üçün
doğum şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bərdə rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Adil
Cəlahan bildirib ki, körpə yeddi aylıq doğulub: “Aparılan
müayinlərdən sonra körpənin öldüyü məlum olub”. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp