Xərçəngə qarşı yeni dərman hazırlandı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Stenford Universitetinin tədqiqatçıları xərçəng
xəstəliyinə qarşı preparat hazırlayıblar. Dərman üzərində aparılan
testlər uğurla nəticələnib.

İlk olaraq gəmiricilər üzərində sınaqdan keçirilən preparat
xərçəng hüceyrələrinə güclü təsir göstərib. Belə ki, preparat immun
hüceyrələrini müəyyən olunmuş şişlərə “istiqamətləndirir” və onları
bir neçə gün ərzində məhv edir. Tibb işçilərinin indiyədək istifadə
etdikləri dərmanlarla bunu həyata keçirmək qeyri-mümkün idi. Bundan
əlavə, maddələrin uyğunluğu vacib amillərdəndir. Dərman molekulları
ayrı-ayrılıqda xərçəngə təsir etmir. Lakin onlardan bir yerə
toplanmış halda istifadə etdikdə funksiyalarını dəyişə və xəstə
orqanizmə təsir göstərə bilərlər.

Yeni dərman xərçəng xəstəliyinin immunoterapiya vasitəsilə
müalicə üsullarının axtarışı çərçivəsində yaradılıb. Bu üsulun
tətbiqi insan immunitetini fəallaşdırmaq, onu xərçəng hüceyrələrinə
qarşı işləməyə məcbur etmək və onları müstəqil məhv etmək məqsədi
daşıyır. Bu, xəstəliyin müalicəsində ən ağrısız üsuldur.

Gələcəkdə testlər insanlar üzərində də keçirilə bilər.
(azərtac)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir