Seçkilərdən sonra intensiv danışıqların davam etdirilməsi razılaşdırılıb



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycana səfər
əsnasında Azərbaycan prezidenti İlham Əliyevtərəfindən qəbul
edilib.Səfər çərçivəsində Krakov görüşündə irəli sürülən fikirlər
əsasında ATƏT-in Minsk qrupunun həmsədrləri ilə
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
əlaqədar konkret müzakirələr aparılıb”.

Publika.az xəbər verir ki. bunu XİN-nin Mətbuat
xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanda keçiriləcək
prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında
intensiv danışıqlar davam etdirilsin. İşğala və təcavüzə məruz
qalan ölkə kimi Azərbaycan münaqişənin substantiv və məntiqi
danışıqlar vasitəsilə tezliklə həlli istiqamətində olan səyləri
dəstəkləyir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları
səviyyəsində dəfələrlə bəyan etdiyi kimi işğala əsaslanan mövcud
status-kvo qəbuledilməz və qeyri-davamlıdır. Status-kvo
dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi üçün BMT
Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində
tələb olunduğu kimi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş
Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması təmin
olunmalıdır”, – deyə o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp