Nazirlik ana ölümlərinə görə 128 həkimi cəzalandırıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ötən il baş verən ana ölümlərinə görə 4 nəfər işdən azad
edilib.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyi
Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova məlumat
verib.

Onun sözlərinə görə, ötən il 21 ana ölümü baş verib və Komissiya
tərəfindən araşdırılaraq, Tibbi Yardımın təşkili şöbəsinə təkliflər
verilib.

“Həkimlərin çalışdığı müəssisə rəhbərləri tərəfindən
cəzalandırılan, işdən azad edilən, töhmət alanlar da olub. Ötən il
baş verən ana ölümlərinə görə 23 nəfər tibb işçisinə xəbərdarlıq
edilib, 54 nəfərə töhmət verilib, 45 nəfərə sonuncu xəbərdarlıqla
şiddətli töhmət verilib, 2 nəfər aşağı vəzifəyə keçirilib, 4
nəfərin əmək müqaviləsinə xitam verilib”.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir