Millət vəkilləri kimsəsiz uşaqlarla görüşdülər



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə
komitəsinin sədri Aqiyə Naxçıvanlı, komitənin sədr müavini Sahibə
Qafarova, komitənin üzvləri – Sədaqət Vəliyeva və Dilarə
Cəbrayılova, komitənin əməkdaşları Şəhla Cəlilzadə və Zaur
Adıgözəlov “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində
fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzini ziyarət
ediblər.

Publika.az xəbər verir ki, görüşdə millət vəkilləri tərəfindən
sığınacaqda yaşayan kimsəsiz uşaqlara müxtəlif hədiyyələr təqdim
edilib.

A.Naxçıvanlı söhbət əsnasında bu gün aktual olan müxtəlif sosial
məsələlərə toxunub və uşaqlara qarşı zorakılığın qarşısının
alınmasında mühüm addımların atılmasının vacibliyindən danışıb.

Daha sonra millət vəkilləri uşaqların əl işlərindən ibarət
rəsmlərə, müxtəlif bəzək əşyalarına və toxuduqları qış geyimlərinə
baxaraq, onların əl işlərini yüksək qiymətləndiriblər.

Bununla yanaşı, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri
Kəmalə Ağazadənin qəyyumluğunda olan 29 uşağın hazırkı sosial
durumu, təhsil və sağlamlıqları ilə bağlı millət vəkilləri ilə
müxtəlif söhbətlər aparılıb.

Görüşün sonunda uşaqlar qonaqlara öz əl işlərindən ibarət
müxtəlif hədiyyələr verərək xatirə şəkilləri çəkdiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir