Dərman vasitələri nəmişlik yerdə, günün altında saxlanılır



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bəzən topdansatış əczaçılıq müəssisələri lisenziya almaq
üçün müvafiq şəraitli anbarı müvəqqəti icarəyə götürürlər, lakin
lisenziya aldıqdan sonra dərman vasitələrini qeyri-adekvat şəraitdə
(günün altında, nəmişlik yerdə, soyuducuda saxlanılmalı malları
açıq havada və s.), başqa yerdə saxlayırlar.

Bu barədə Publika.aza Səhiyyə Nazirliyi
Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Məlumata görə, dərman vasitəsinin istehsalından pasiyentin
istehlakına qədər keçən müddətdə dərman vasitəsinin hansı şəraitdə
və harada saxlanılmasının dərman vasitəsinin keyfiyyətinin
qorunması baxımından böyük əhəmiyyəti var.

“Təcrübədə rast gəlinir ki, bəzi hallarda dərman vasitələri
istifadə təlimatlarında qeyd olunan şəraitdə saxlanılmırlar.
Nəticədə düzgün şəraitdə saxlanılmama dərman vasitəsinin
keyfiyyətinə mənfi təsir göstərə bilir.

“Dərman vasitələrinin istehsalına dair tələblər”in istehsalçılar
tərəfindən tətbiq edilməsi daha keyfiyyətli dərman vasitələrinin
istehsal ediməsinin ilkin şərtləri funksiyasını həyata keçirəcək.
Qeyd olunan tələblərin qüvvəyə minməsi dərmanların topdansatış
müəssisələrinə dair tələbləri müəyyən edərək, həm dərmanların
dövriyyəsinin qeyd olunan zəncirinin təhlükəsiz olmasını təmin
edəcək.

Həmçinin, istehsal olunan məhsul xarici ölkələrə ixrac edildiyi
halda, məhsulun keyfiyyətinə dair xarici alıcıların əminliyi
artacaq. Belə ki, bütün Avropa ölkələrində, inkişaf etmiş, eləcə də
inkişafda olan Amerika və Asiya dövlətlərində keyfiyyətli dərman
istehsalçıları məhz qeyd edilən tələblərə riayət edərək dərman
vasitəsi istehsal edən müəssisələrdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir