Bərdədə 16 yaşlı qız qaçırıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bərdə rayonunda 16 yaşlı qız qaçırılıb.

Hadisə Lənbərən kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü M. Hacıyeva tanımadığı şəxs
tərəfindən qaçırılıb. Onun atası Bərdə Rayon Polis Söbəsinə
müraciət edib. Ata qızını qaçıran şəxsdən şikayətçi olduğunu
bildirib. O, qeyd edib ki, övladı yetkinlik yaşına çatmayıb və
məktəblidir.

M.Hacıyevanın atası həmçinin şikayətini qızının zorla
qaçırılması ilə əsaslandırıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən
tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir