“Zeytun budağı”: Türkiyənin tankı vuruldu, 5 hərbçi həlak oldu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Davam edən “Zeytun budağı” əməliyyatı çərçivəsində daha 5 türk hərbçisi həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Afrinin şimal-şərqində Şeyx Horoz rayonunda terrorçular tərəfindən atılan mərmilərdən biri Türkiyə Hərbi Qüvvələrinin tankına dəyib. Nəticədə tankda olan 5 hərbçi həlak olub.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp