Süni intellekt xərçəngi müəyyənləşdirir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Yapon alimləri tərəfindən hazırlanmış süni intellekt sistemi mədənin daxili görünüşü əsasında mədə xərçəngi xəstəliyinə 90% dəqiqliklə diaqnoz qoymağı öyrənib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislər müəyyən müddət ərzində xəstəliyin inkişaf mərhələsindən asılı olaraq inkişaf edən şişlərin şəkilləri əsasında bilik bazası yaradıblar. Bundan sonra sistem real şəraitdə sınaqdan keçirilib.

Nəticədə süni intellekt 90% halda düzgün diaqnoz qoymağa müvəffəq olub. Xəstəlik artıq ilkin dövr mərhələsini geridə qoyduğu və şiş daha aydın görsəndiyi halda aparatın dəqiqliyi yüksəlir. Belə olan halda diaqnostika üçün 1 dəqiqədən az vaxt lazımdır, “doğru cavablar” faizi isə 100-ə yaxınlaşır.

“Böyük ehtimalla gələcəkdə tibb sahəsində süni intellekt insanı əvəz edəcək və öz dəqiqliyi ilə ondan daha üstün olacaq. Hazırladığımız sistemin sınaqlarını davam etdirəcəyik və tezliklə təcrübədə tətbiqinə ümid edirik” – Saytama Qastroenterelogiya və Proktologiya İnstitutunun professoru Tada Tomoxiro deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir