iPhone X istehsalı 2 dəfə azalacaq



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Apple” korporasiyası qabaqcıl “iPhone X” smartfonlarının istehsalına sifarişləri 2 dəfə azaltmağa dair qərar verib. Bu haqda “The Nikkei Asian Review” nəşri yazıb.

 

Nəşrin məlumatına görə, ABŞ şirkəti cari ilin martınadək Çində fəaliyyət göstərən fabriklərdə 40 milyon cihaz yığmaq planına düzəliş edərək onu 20 milyona endirib. Bu, yeni smartfona olan zəif tələbatla bağlıdır.

 

Milli.Az ICTnews-a istinadən bildirir ki, ABŞ-da “iPhone X” smartfonunun qiyməti 999 dollardan başlayır.

22 yanvar tarixində “KGI Securities” şirkətinin baş analitiki Minq-Çi Kuo tezliklə “iPhone X” smartfonunun istehsal və satışının dayandırılması haqda məlumat verib. Onun sözlərinə görə, “Apple” 2018-ci ilin yayında sözügedən smartfonun istehsalını dayandıracaq və yeni modelin çıxarılması ilə həmin modelin satışına son veriləcək. Analitik bunu aparatın satış həcminin az olması ilə izah edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir