Hindistana məxsus tanker Afrika sahillərində yoxa çıxdı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Göyərtəsində 22 dənizçinin olduğu Hindistana məxsus tanker yoxa çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 48 saat əvvəl, gəmi Benin sahillərində olarkən onunla əlaqə itib.

“Marine Express” gəmisi ümumi dəyəri 8,1 milyon dollar olan 13,5 min ton yanacaq aparırmış.

Ehtimal olunur ki, gəmi dəniz quldurları tərəfindən ələ keçirilib. Lakin bu versiya hələ ki təsdiqini tapmayıb. Hindistan hökuməti Benin və Nigeriyanın müvafiq qurumlarına tankerin tapılmasında yardım etmələri üçün müraciət edib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp