Bakıda yaşayış binasında yanğın – 15 nəfər xəsarət aldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda yaşayış binasında baş verən yanğında 15 nəfər xəsarət alıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, 31.03.2024-cü il tarixində 20:48 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Hadisə yerinə dərhal 13 təcili yardım briqadası cəlb olunub.

Yüngül xəsarətlərlə 15 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub, 1 nəfərə isə yerində tibbi yardım göstərilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu