“Real Soseydad” Morenonu təqdim etdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Real Soseydad” “Roma”dan transfer olunan Ektor Morenonu təqdim edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bask klubunda meksikalı müdafiəçi 25 nömrəli forma ilə çıxış edəcək. Onunla müqavilə 2021-ci il 30 iyuna kimi nəzərdə tutulub.

Transfer “Roma”ya 6 milyon avro qazandıracaq. Moreno 2017-ci ilin yayında “PSV Eyndhoven”dən “Roma”nın heyətinə cəlb olunmuşdu.

“Canavarlar”ın heyətndə 6 dəfə meydana çıxan 30 yaşlı futbolçu cəmi 317 dəqiqə oynamışdı. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir