Xüsusi əməliyyat keçirildi: Külli miqdarda narkotik götürülüb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Arif İsmayılov tutularaq polis idarəsinə gətirilib.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman 1 bükümdə çəkisi 4 qramdan artıq olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq A.İsmayılovda əlavə narkotik maddənin olduğu müəyyən edilib. İfadəsində saxlanılan şəxs yaşadığı evin yaxınlığında ona məxsus gizlətdiyi külli miqdarda narkotik vasitənin yerini polis əməkdaşlarına göstərib. Həmin ünvana baxış keçirilən zaman 1 kiloqram 640 qram heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində külli miqdarda narkotik vasitəni Cəlilabad rayonundan istintaqa məlum olmayan mənbədən əldə etdiyini və satmaq məqsədi ilə yaşadığı Qobustan rayonuna gətirdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp