Windows Phone əməliyyat sistemi “qətl” edildi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Windows Insider” proqramının baş meneceri Brendon Leblan bildirib ki, korporasiya “Windows 10 Mobile” sisteminin sınaq versiyalarını çıxarmağı planlaşdırmır. Bu o deməkdir ki, sözügedən əməliyyat sistemi daha yenilənməyəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, “Windows 10 Creators Update”in çıxarılmasından sonra “Windows 10” sistemi ilə işləyən yeni qurğuların buraxılışının dayandırılması haqda məlumat verilmişdi. Bu, sözügedən sistemin bazar payının aşağı olması, həm də müstəqil proqramçılar tərəfindən zəif dəstəklə izah edilmişdi. Lakin sistemin sınaq versiyaları üzərində işlər gedirdi: sistemin 1709 adlı son versiyası 5 yanvar 2018-ci il tarixində çıxarılıb.

“Windows 10 Mobile” sisteminin son versiyası 10 dekabr 2019-cu il tarixinədək dəstəklənəcək. Müvafiq olaraq boşluqları aradan qaldıran təhlükəsizlik paketləri çıxarılacaq. Ancaq artıq sistem inkişaf etdirilməyəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp