“Toyota” 645 minə yaxın avtomobili geri çağırır



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Yaponiyanın “Toyota” şirkəti 645 minə yaxın avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, bu qərar avtomobillərdə təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2015-ci ilin mayından 2016-cı ilədək istehsal olunmuş “Toyota Prius”, “Lexus RX” və “Lexus NX” modellərinə şamil olunur.

Bildirilir ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp