Sumqayıt Şəhər İcra Hakimiyyətinin idarəsi ləğv edildi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Sumqayıt Şəhər İcra Hakimiyyətinin idarəsi ləğv edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İcra Hakimiyyətinin strukturu olan İnformasiya və Reklam Departamenti ləğv olunduğunu elan edib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti xəbər verir ki, kreditorlar tələblərini 2 ay ərzində Azərbaycan prospektində yerləşən icra hakimiyyətinə bildirə bilərlər.

Qeyd edək ki, keçən il dövlət başçısının sərəncamı ilə Dövlət Reklam Agentliyi yaradılıb.

İnformasiya və Reklam Departamenti qanunvericiliyə müvafiq olaraq Sumqayıt şəhəri ərazisində reklam və informasiya siyasətinin həyata keçirilməsi, küçə reklam daşıyıcılarına nəzarəti həyata keçirən dövlət orqanı funksiyasını yerinə yetirirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp