“Səbail” Slovakiya klubuna qarşı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Antalyada təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama görüşünə çıxacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Samir Əliyevin komandasının Türkiyə hazırlığı çərçivəsində 4-cü rəqibi “Senisa” olacaq.

Slovakiya təmsilçisi ilə oyun “Su Səsi” otelinin meydançasında baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 16:00-da səslənəcək.

Qeyd edək ki, yanvarın 20-dən Türkiyədə olan “Səbail” bu müddət ərzində 3 yoxlama görüşü keçirib. Bakılılar “Çernomorets” (Ukrayna – 0:0) və “Napredak”la (Serbiya – 1:1) heç-heçə edib, “Lokomotiv”ə (Plovdiv, Bolqarıstan – 1:3) məğlub olublar.

1 fevral – Yoxlama görüşü

16:00. “Səbail” (Azərbaycan) – “Senisa” (Slovakiya)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp