Qurğuların blokdan çıxarılması üçün yeni üsul hazırlanıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Samsung” şirkəti yeni istifadəçi biometrik autentifikasiya metoduna görə patent hüququ almaq üçün müraciət edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda şəxsiyyətin təsdiqi üçün barmaq izi, gözün qüzehli qişası və sifətin skan edilməsi kimi bir neçə populyar üsul mövcuddur. Praktika göstərir ki, bu metodların hər birindən bu və ya digər şəkildə yan keçmək mümkündür. Bu səbəbdən Cənubi Koreya şirkəti daha təhlükəsiz texnologiyanın hazırlanması ilə məşğuldur.

Məlumata görə, “Samsung” qurğuların blokdan çıxarılması üçün arterial təzyiqdən istifadəni təklif edir. Smartfon və ya “ağıllı” saatlarda xüsusi ötürücülər bütün lazımi məlumatları toplayacaq, proqram təminatı isə onların yaddaşda saxlanılan nümunə ilə müqayisəsini aparacaq. Alqoritm istifadəçinin fiziki vəziyyətdən asılı olmayaraq qurğunu blokdan çıxara bilməsi üçün müxtəlif faktorları nəzərə alacaq.

Yeni metodun bütün aktual üsullardan fərqi ondan ibarətdir ki, arterial təzyiqi insanın icazəsi olmadan tanımaq və saxtalaşdırmaq qeyri-mümkündür. Üsul bütün mövcud metodlardan təhlükəsiz olsa da, onun “Samsung” qurğularında tətbiq ediləcəyinə zəmanət verilmir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp