Porno VİDEOnuz yayıla bilər – Şantaj olunmaq ehtimalınız artdı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İnternetdə saxta porno çılgınlığı başlayıb. Bəs saxta porno necə olur? 

Bu da son texnoloji nailiyyəti öz məkrli niyyətləri üçün istifadə edənlərin yaratdığı  qorxunc həqiqət …

Süni intellekt anlayışını bu aralara tez-tez eşidirik. İllər sonra bir çox insanı işsiz qoyacağından çəkindirən bu müdhiş texnologiya, eyni zamanda porno sektorunu da ələ keçirib.

Reddit-də başlayan və sürətlə yayılan saxta porno çılgınlığı, süni intellektin gücü ilə ortaya çıxır. Real porno görüntülərilə heç bir əlaqəsi olmayan insanların üzləri “köçürülür”.

Buna misal olaraq “Wonder Woman” filminin ulduzu Qal Qadot…

Bir şəxs Qadotun üzünün sürətini olduğu kimi köçürərək porno videoya yerləşdirib. Və görüntünü izləməyə başladığınızda Qadotun porno ulduzu olduğunu düşünməməyiniz üçün heç bir səbəb qalmır. Çünki heç nə hiss edilmir.

Bəs bu, necə olur? Süni intellekt simaların üzünü köçürüb canlı videolara necə yerləşdirir?

Bu saxta görüntüləri yaratmaq düşünüldüyündən də asandır. Bu tip bir videonu hazırlamaq üçün iki şey tələb olunur: Üzü istifadə olunacaq şəxsin fərqli profildən çəkilmiş görüntüsü və köçürüləcəyi video.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp